RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[05.03.2013]

AMEA-nın müxbir üzvü Adil Qəribov Fəxri fərmanla təltif olunub

AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, k.e.d., prof. A.A. Qəribov Müstəqil Dövlətlər Birliyininin İcraiyyə Komitəsinin sədri cənab S. Lebedev tərəfindən Müstəqil Dövlətlər Birliyininə üzv dövlətlərdə Atom Enerjisinin Dinc Məqsədlərlə İstifadəsi sahəsində əməkdaşlığın inkişafına göstərdiyi xidmətə görə 12 fevral 2013 tarixində Fəxri Fərmanla təltif edilmişdir.
Qeyd edək ki, A.A. Qəribovun rəhbərliyi altında AMEA Radiasiya Problemləri İnstitutunda nüvə enerjisisinin dinc məqsədlərlə istifadəsi, radiasiya materialşünaslığı, nüvə fizikası, nüvə və radiasiya təhlükəsizliyi, radioekologiya, nüvə və radioizotoplu texnologiya və metodların tətbiqi, nüvə biliklərinin toplanması və istifadəsi üzrə müasir və beynəlxalq miqyaslı elmi tədqiqat işləri aparılır, həmçinin atom enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə Müstəqil Dövlətlər Birliyi dövlətləri ilə əməkdaşlıq sahəsində işlər görülür.
Biz A.A.Qəribovu təbrik edir, ona sonrakı fəaliyyətində uğurlar arzulayırıq.