RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[25.06.2020]

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu jurnalda nəşr olunub

25.06.2020

AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşı, professor Rövşən Xəlilovun həmmüəllifi olduğu “CRISPR/Cas9 sisteminin səmərəli çatdırılması üçün nanohissəciklərin istifadəsi” adlı məqalə “Nano Today” beynəlxalq jurnalında dərc olunub.

Qeyd edək ki, impakt faktoru 16.582 olan “Nano Today” jurnalı nanotexnologiyalar sahəsində dünyanın nüfuzlu nəşrlərindən biridir.

Məqalə İran, ABŞ, Türkiyə, Yaponiya və Azərbaycandan olan tədqiqatçıların beynəlxalq əməkdaşlığının nəticəsidir və ümumilikdə Azərbaycan alimlərinin “Nano Today”də sayca ilk nəşridir.

Tədqiqat işində son illər CRISPR genom tənzimləmə texnologiyasının meydana gəlməsinin genom mühəndisliyindəki rolundan, eləcə də CRİSPR sisteminin genomu redaktə etmək üçün güclü, təsirli və dəqiq vasitə kimi istifadəsindən bəhs edilib.

Məqalədə, həmçinin tədqiqatlarda CRISPR/Cas9 sisteminin komponentlərini hədəf hüceyrələrə çatdırmaq üçün müxtəlif fiziki və viral metodlardan istifadədən danışılıb, bu sistem komponentlərinin nanomateriallar vasitəsilə çatdırılmasında son irəliləyişlərə nəzər salınıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.