RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[24.06.2020]

"Akademik Diskusiya Klubu" qapalı qrupunun növbəti videokonfransı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxtəlif elmi müəssisə və təşkilatlarından olan bir qrup gənc əməkdaşının sosial şəbəkədə yaratdığı "Akademik Diskusiya Klubu" qapalı qrupu çərçivəsində növbəti videokonfrans keçirilib. Konfransda Radiasiya Problemləri İnstitutunun əməkdaşı Aybəniz Əhədova məruzə ilə çıxış edib.

Məruzədə Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi Sahib Məmmədovun rəhbərliyi ilə yaradılmış xüsusi "Arxeoloji tapıntıların tarixləndirilməsi" qrupunun fəaliyyəti haqqında geniş məlumat verilib. Məruzə zamanı nümayiş olunan təqdimatda tarixləndirmə metodları (Radiokarbon, Elektron Paramaqnit Rezonans metodu və Termolüminessens metodu) haqqında ümumi biliklərdən və tədqiqatlarda əldə edilmiş nəticələrdən bəhs edilib, videokonfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırılıb.

Qeyd edək ki, videokonfransda AMEA-nın Arxeologiya və Etnoqrafiya, Folklor, Tarix, Ədəbiyyat, Cografiya, Qafqazşünaslıq, İdarəetmə Sistemləri institutları və Azərbaycan Milli Tarix Muzeyindən gənc əməkdaşlar iştirak edib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.