RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[10.07.2020]

Radiasiya Problemləri İnstitutunda magistrantların yay imtahan sessiyası başa çatıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda 2019/2020-ci tədris ili üzrə magistrantların yay imtahan sessiyası başa çatıb.

Karantin rejiminin tələblərinə uyğun olaraq onlayn formatda təşkil edilən imtahanların sonuncusu bu gün "Radiasiya materialşünaslığı" ixtisası üzrə “Radiasiya qeydedici cihazların əsasları” fənnindən keçirilib.

Qeyd edək ki, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov və İnstitutun digər rəhbər şəxsləri magistranların yay imtahan sessiyasının bütün imtahanlarında iştirak edib, həmçinin müdafiə işləri haqqında təklif və tövsiyyələr səsləndiriblər.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.