RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[11.03.2013]

AMEA-nın müxbir üzvü Adil Qəribov “Elmdə Ad” mükafatına layiq görülüb

Adil Abdulxalıq oğlu QəribovBöyük Britaniyanın “Krallığın Direktorlar İnstitutu”nda 11 aprel 2013 tarixində keçiriləcək Beynəlxalq Sokrat mərasiminin «ACHIEVEMENTS 2013» təqdim etdiyi “Elmdə Ad” beynəlxalq mükafatı 2012-ci ildə elmi fəaliyyətində əldə etdiyi nailiyyətlərə görə müxtəlif ölkələrdən olan gorkəmli elm xadimləri və təşkilatlara təltif ediləcək. AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, k.e.d., prof. A.A.Qəribov bu tədbirdə iştirak etmək üçün dəvət olunub. O, “Sokrat“ adına nominasiya komitəsinin “Elmdə Ad” Fəxri mükafatına və tituluna layiq görülüb. A.A. Qəribovun adı görkəmli alimlərin ümumdünya reestrinə daxil ediləcək. Təltifdə həmçinin qeyd edilir: “Prof.A.A.Qəribov, Sizin rəhbərlik etdiyiniz kollektivin professional, elmi-tədqiqat və mədəni-maarifçilik fəaliyyəti 2351135 saylı “Avropa keyfiyyəti” beynəlxalq mükafatına layiq görülmüşdür”. Mükafat avropa standartlarına uyğun “Avropa Keyfiyyəti” brendinin istifadəsinə verilən lisenziyanı təqdim etməklə yüksək keyfiyyətli elmi araşdırmaya nail olmaq üçün görülən işlərə verilir.