RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[16.07.2020]

Törədilən təxribatlar Ermənistanın təcavüzkar mahiyyətini bir daha ortaya qoydu

16.07.2020

Ermənistanın ölkəmizə qarşı yürütdüyü davamlı təcavüzkar siyasətdə zaman və məkan baxımından heç bir qanunauyğunluğa tabe olmayan ikili standartlar, həmçinin genetik işğalçılıq vərdişinə sıx bağlılıq tendensiyaları dünyanı təccübləndirməyə davam edir. Belə ki, “Bişkek protokolu” ilə əlaqədar 26 illik zaman diapazonunda işğalçı qonşumuzun dəfələrlə və həyasızcasına atəşkəsi pozması, eləcə də təkcə zəbt altında saxladığı Dağlıq Qarabağ və ona qonşu 7 rayonda deyil, yüzlərlə km uzaqlıqda yerləşən Azərbaycanın digər rayonlarında mənfur siyasətini həyata keçirməsi artıq ənənə halını almışdır. Lakin Azərbaycan xalqı və onun müzəffər ordusu öz düşmənini yaxşı tanıdığı üçün həmişə onun alçaq həmlələrinə layiqli cavabı anında vermişdir. Necə ki, hərb tarixinə məşhur “Aprel döyüşləri” kimi düşən dördgünlük müharibədə cəsur ordumuz mənfur düşmənin təxribatlarına cavab kimi sürətli əks-hücum əməliyyatı həyata keçirmiş, onları rüsvayedici məğlubiyyətə düçar etmişdir.

Amma, görünür, acı məğlubiyyətlərin fonunda belə işğalçılıq və təxribatçı kimi siyasi baxışlar ermənilərin təcavüzkar xisltələrini heç bir zaman rahat buraxmır. İyul ayının 12-si günorta saatlarından etibarən Ermənistan ordusu tərfindən Tovuz rayonuna məxsus ərazilərimizin növbəti dəfə atəşə tutulması həyasız qonşularımızın növbəti təxribatlarındandır. Təbii ki, bu təxribatların törədilməsinin əsil mahiyyətində hər nə qədər Ermənistanın təcavüzkar siyası baxışları dursa da, bir o qədər də digər amillər həlledici rol oynamışdır. İlk növbədə xalqa rifah, inkişaf vədi ilə hakimiyyətə gəlmiş Nikol Paşinyan hökuməti bu vədlərin heç birini nəinki yerinə yetirə bilməyib, hətta ölkənin sosial və iqtisadi baxımından uçuruma doğru yuvarlanması daha da sürətləndirib. Bunun müqabilində Azərbaycan Respublikasının dünya siyasətində rolu artır, Azərbaycan beynəlxalq təşkilatlarda təşəbbüslərlə çıxış edir və bu təşəbbüslər dəstəklənir. Azərbaycan Respublikası dünyanın geosiyasi gücləri ilə, eləcə də qonşu dövlətlərlə əlaqələrini gücləndirir. Belə bir vəziyyətdə Ermənistan höküməti həm daxili problemlərdən diqqəti yayındırmaq, həm də dezinformasiya yolu ilə Azərbaycanın nüfuzunu ləkələməyə çalışır.

Lakin birmənalı şəkildə demək olar ki, baş verən hadisələr hazırkı erməni iqtidarının təxribatçı arzularını alt-üst etdi. Bu hadisələr həm də dünya üçün Ermənistanın təcavüzkar mahiyyətini mənimsəmək baxımından yeni bir dəlilə çevrildi. Əvvəllər Ermənistan rəhbərliyi iddia edirdi ki, Azərbaycan Respublikası Qarabağdakı qondarma qurumla danışıqlar aparmalıdır. Onlar işğalçılıq siyasətinə müxtəlif donlar qeyindirməklə, dünyanı inandırmağa çalışırdılar ki, belə bir strategiya “özmüqəddəratını təyinetmə” manevri kimi qiymətləndirilməlidir. Amma indi bütün dünya görür ki, Ermənistan digər ərazilərimizi də atəşə tutur, təxribatlar törədir. Ən maraqlısı isə odur ki, təxribatı törətdikdən dərhal sonra Azərbaycan ordusunun sarsıdıcı zərbələri qarşısında qaçıb yenidən ATƏT-in Minsk qrupu həmsədrlərinin və KTMT-nin simasında Rusiyanın qucağına sığınmağa çalışırlar. Azərbaycan isə həmişəki kimi dürüst və açıq siyasət yürürdür. Cənab Prezidentin Təhlükəsizlik İclasınında təxribatın Ermənistan tərəfindən törədildiyini sübut edən kifayət qədər video-foto sənədlərin olduğunu qeyd etməsi növbəti dəfə Ermənistanı qlobal miqyasda rüsvay etdi.

Başqa bir məqam ondan ibarətdir ki, Azərbaycan Ordusunun keçirdiyi adekvat cavab tədbirləri Ermənistan ordusunun güclü olması ilə bağlı yardılan və daxili auditoriyaya hesablanmış mifləri darmadağın etməklə bərabər, həm də erməni əsgərlərinin döyüş meydanından acizanə qaçmasına səbəb olmuşdur. Tovuz döyüşləri ərəfəsində Azərbaycan xalqının mətin duruşu, bütün paltformalarda müzəffər ordumuza verilən böyük dəstək, eləcə də minlərlə vətəndaşımızın düşmənlə üz-üzə vuruşmaq kimi aruzlarını uca səslə saatlarla hayqırması düşmənlərimizi təşfişə salmışdır.

Famin Salmanov, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru dosent

© http://www.science.gov.az/news/open/13726