RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[21.07.2020]

İnstitutun alimləri çöl tədqiqatlarını davam etdirirlər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun “Ətraf mühitə zərərli təsirlərin fizikası və kimyası” laboratoriyasının əməkdaşları çöl tədqiqatları aparıb.

Belə ki, alimlər “Kiçik Qafqaz çaylarının təbii və antropogen mənşəli çirklənmələr və onların yaratdığı risklərin qiymətləndirilməsi” mövzusunda tədqiqat proqramına uyğun olaraq Qoşqar çayından nümunə götürülməsi işini icra ediblər.

Sözügedən proqrama uyğun olaraq tədqiqat prosesində seçilmiş nöqtələrdən su, dib çöküntüsü və torpaq nümunələri götürülüb və müvafiq çöl ölçmələri aparılıb.

Qeyd edək ki, İnstitutda çalışan əməkdaşlar fəaliyyətlərini izolyasiya şəraitində və karantin rejiminin tələblərinə tam əməl etməklə davam etdirirlər.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.