RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[18.04.2013]

AMEA Radiasiya Problemləri İnstitutunun bir qrup əməkdaşı Vyanada səfərdə olacaqlar

Adil Qaribov2013-cü il may ayında AMEA Radiasiya Problemləri İnstitutunun (RPİ) direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov və elmi müəssisənin bir qrup əməkdaşı Vyana (Avstriya) şəhərində olacaqlar.

İnstitutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri namizədi Rəvan Mehdiyevanın bildirdiyinə görə Beynəlxalq Atom Enerjisi Agentliyinin Vyanada yerləşən mənzil-qərargahında keçiriləcək görüşdə RPİ-də yeni yaradılacaq "Sterilizasiya məqsədli güclü qamma qurğuları" kompleksinin dozimetrik və mikrobioloji laboratoriyasında işləyəcək mütəxəssislərin təqdimatı olacaq və bu labaratoriyada istifadəsi nəzərdə tutulan avadanlıqların seçimi aparılacaq.

Eyni zamanda, həmin mütəxəssislərin qeyd edilən laboratoriyanın işinin təşkili üzrə Rumıniya və digər ölkələrdə kurslar keçməsi planlaşdırılır.

Qeyd edək ki, labaratoriyada istifadə olunacaq qurğuların 2013-cü ilin sonunadək Azərbaycana gətirilməsi nəzərdə tutulur.