RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[04.08.2020]

Azərbaycanlı alimin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

Rövşən Xəlilov

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radisiya Problemləri İnstitutunun alimi, fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilovun həmmüəllifi olduğu məqalə “The Lancet Global Health” Beynəlxalq jurnalında dərc olunub.

“Aşağı və orta gəlirli ölkələrdə oral rehidratasiya terapiyasının əhatə dairəsində coğrafi bərabərsizliklərin xəritələşdirilməsi, 2000–17” (“Mapping geographical inequalities in oral rehydration therapy coverage in low-income and middle-income countries, 2000–17”) adlı məqalədə 2000-2017-ci illərdə aşağı və orta gəlirli ölkələrdə 5 yaşadək uşaqlar arasında ölümü azaltmaq üçün fiziki-kimyəvi amil kimi müxtəlif məhlulların müqayisəli təsiri araşdırılıb.

Qeyd edək ki, "The Lancet Global Health" Beynəlxalq jurnalı tibb sahəsində dünyanın ən məşhur və nüfuzlu jurnallarından sayılır və impakt faktoru 21.597-dir.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.