RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[04.08.2020]

Radiasiya Problemləri İnstitutunun alimləri yeni elektron modul hazırlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) alimləri yeni elektron modul hazırlayıb. Çexiya Texniki Universitetinin Tətbiqi və Eksperimental Fizika İnstitutu (TEFİ) ilə 2019-cu ildə qurulmuş əməkdaşlıq çərçivəsində silisium əsaslı fotoelektron gücləndiricilərin (SFG) elektron modullarının işlənməsi və onların beynəlxalq təcrübələrdə tətbiq edilməsi məqsədi ilə birgə görülən işlərin nəticəsində azərbaycanlı alimlər tərəfindən hazırlanan yeni modul mürəkkəb elektronik hissələri cəmləşdirir.

İlkin sınaqlarının RPİ-nin İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri laboratoriyasında, Çexiyanın Texniki Universitetinin Tətbiqi və Eksperimental Fizika İnstitutu (TEFİ) və Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda həyata keçirildiyi yeni MAPD Spektrometrik modulu kosmik fəza tədqiqatları, radiasiya təhlüksəizliyi, nüvə fizikası, yüksək enerjilər fizikasında, eləcə də tibb sahəsində və tədris məqsədi üçün istifadə oluna bilər.

Qeyd edək ki, spektroskopik təcrübələrlə yanaşı SFG-lərin parametrlərinin təyin edilməsində də uğurla tətbiq oluna bilən yeni modula həsr edilmiş və çexiyalı alimlər ilə birgə hazırlanan “Silisium fotoelektron gücləndiricilər üçün kompakt MAPD Spectrig interfeys” adlı məqalə məqalə “Nuclear Insturmentation and Methods in Physics Research” jurnalında dərc edilib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.