RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[19.08.2020]

Radiasiya Problemləri İnstitutunun əməkdaşlarının məqalələri “Springer” nəşriyyatının çap etdiyi kitabda dərc olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun əməkdaşları - professor Rövşən Xəlilov və dosent Aygün Nəsibovanın məqaləsi “Springer” nəşriyyatının çap etdiyi kitabda dərc olunub.

“Sülh və Təhlükəsizlik Naminə NATO Elmi. B seriyası: Fizika və Biofizika (“NATO Science for Peace and Security Series B: Physics and Biophysics” (NAPSB)) məcmuəsinə daxil olan “Nanoelm və Nanotexnologiya Təhlükəsizlik və CBRN Təhdidlərindən Qorunma sahəsində” (Nanoscience and Nanotechnology in Security and Protection against CBRN Threats) adlı kitabda dərc olunmuş məqalə beynəlxalq auditoriya tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, alimlərimizin “Bioloji Sistemlərdə Özünü Təşkil Edən Maqnit Nanohissəciklərinin Təhlili üçün Maqnit Nüfuzluğunun Ölçülməsindən İstifadə” (Use of Magnetic Susceptibility Measurement for Analysis of Self-Organized Magnetic Nanoparticles in Biological Systems) adlı məqaləsində Abşeron yarımadasının ekoloji çirklənmə dərəcələrinə görə fərqlənən müxtəlif ərazilərinə xas bioloji sistemlərdə superparamaqnit dəmir oksidi nanohissəciklərinin (SPİON) yaranmasının təhlilini vermək üçün maqnit nüfuzluğunun (MN) ölçülməsi və EPR üsullarından istifadə edilməsindən bəhs olunur. Məqalədə həmçinin, müxtəlif üsulların köməyi ilə alınan nəticələrin bir-biri ilə korrelyasiya etdiyinin müəyyən edildiyi qeyd olunur.

Məqaləni oxumaq üçün https://link.springer.com/chapter/10.1007/978-94-024-2018-0_17 linkinə keçid edə bilərsiz.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.