RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[14.09.2020]

Radiasiya Problemləri İnstitutunda magistrantlarla görüş keçirilib

Azərbayacan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda “Radiasiya materialşünaslığı” ixtisası üzrə bu il qəbul olunan I kurs və hazırda təhsil alan II kurs magistrantlarla görüş keçirilib.

Karantin rejiminin tələblərinə uyğun formada və izolyasiya şəraitində təşkil olunan görüşdə çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov görüş iştirakçılarını salamlayıb və magistrantlara uğurlar arzu edib.

O.Səmədov həmçinin, İnstitut əməkdaşlarının, magistrant, doktorant və dissertantlarının karantin rejimi dövründə müvafiq qaydalara tam əməl etməklə nümunəvi davrandığını və alimlərimizin izolyasiya şəraitində fəaliyyət göstərdiklərini vurğulayıb.

Görüşün sonunda İnstitutun 2-ci kurs magistrantlarının 15 sentyabr 2020-ci il tarixindən etibarən distant tədrisə başlayacaqları diqqətə çatdırılıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.