RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[08.05.2013]

Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi

Bu gün AMEA Radiasiya Problemləri İnstitutunda (RPİ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə AMEA RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Adil Qəribov açdı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, o cümlədən Azərbaycan elminin inkişafı ilə əlaqədar həyata keçirdiyi tədbirlər və bu sahəyə olan diqqətini əks etdirən addımlar barədə məlumat verdi.
İnstitutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva ulu öndərin uzaqgörən siyasətindən, lider xüsusiyyətlərindən, onun gənclərə, elmə olan münasibəti və dəstəyindən danışdı.
Tədbirdə çıxış edən institutun əməkdaşları, professorlar Əsgər Əli Əbiyev və İslam Mustafayev, fizika-riyaziyyat elmləri doktoru Arif Məhərrəmov və fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Nəzifə Eyyubova yaddaşlarda silinməz iz qoyan ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşdülər, ulu öndərin yüksək insani keyfiyyətlərindən, xalqımıza böyük xidmətlərindən, Azərbaycanın inkişafı naminə apardığı siyasətdən geniş söz açdılar, dövləti idarəetmə bacarığına görə ümummilli lider Heydər Əliyevin nadir şəxsiyyətlərdən olduğunu vurğuladılar.