RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[06.10.2020]

İşğaldan azad olunmuş ərazilərdə ekoloji monitorinqlər üzrə müzakirə aparılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda AMEA-nın Geologiya və Geofizika İnstitutunun təklifi ilə işğaldan azad edilmiş ərazilərimizin monitorinqi ilə bağlı görüş keçirilib.

Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Çingiz Əliyev, eləcə də RPİ-nin laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü İslam Mustafayev və digər alimlərin iştirak etdiyi görüşdə qüdrətli Azərbaycan ordusunun erməni işğalından azad etdiyi ərazilərimizin ekoloji və radioekoloji, həmçinin sözügedən ərazilərdə yerləşən tarixi abidələrimizin monitorinqi üzrə müzakirələr aparılıb, digər tədqiqatlar üzrə AMEA-nın müvafiq elmi Bölmələrinə müraciət edilməsi qərara alınıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.