RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[10.11.2020]

10 noyabr - Sülh və İnkişaf Naminə Dünya Elm Günüdür

10.11.2020-3

Hər il noyabrın 10-da Sülh və İnkişaf Naminə Dünya Elm Günü qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd elmin cəmiyyətdəki rolunu və geniş ictimaiyyətin elmi məsələlərin müzakirəsində iştirakının vacibliyini, eyni zamanda, elmin gündəlik həyatda əhəmiyyətini və aktuallığını vurğulamaqdır.

2020-ci ildə Sülh və İnkişaf naminə Dünya Elm Günü “Elm pandemiya ilə mübarizədə cəmiyyətin xidmətində” devizi altında qeyd olunur. UNESCO bu böhran dövründə elm sahəsində beynəlxalq əməkdaşlığı möhkəmləndirməyə çalışır.

Dünya Elm Günü münasibətilə UNESCO-nun Baş direktoru Odre Azule ictimaiyyətə müraciət edib. Müraciətdə qeyd olunur ki, elm bizə pandemiya ilə mübarizə yolunu göstərə bilər.

Qeyd edək ki, Sülh və İnkişaf naminə Dünya Elm Günü 2001-ci ildə UNESCO-nun Baş Konfransında 1999-cu ildə Budapeştdə keçirilmiş UNESCO-nun və Dünya Elmi Şurasının ortaq birliyi zamanı verilən öhdəliklər çərçivəsində təsis olunub.

© http://www.science.gov.az/news/open/14932