RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[11.11.2020]

Qarabağ müharibəsində əldə olunan nəticələr Azərbaycanın qazandığı tarixi qələbədir

11.11.2020

Qarabağ müharibəsində əldə olunan nəticələr Azərbaycanın qazandığı çox mühüm və tarixi qələbədir. Bu qələbə Prezident, Müzəffər Ali Baş Komandanın qətiyyətli addımları, Azərbaycan Ordusunun şücaəti hesabına əldə edilib.

Bu fikirləri AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev bildirib.

Alim bu gün siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızın vətən naminə bir yumruq kimi birləşdiklərini vurğulayıb.

R.Əliquliyev qeyd edib ki, dövlətimizin başçısının uğurlu siyasi diplomatiyası, cəbhədəki vəziyyətlə bağlı xalqa müraciətləri bizi addım-addım qələbəyə aparan əsas faktorlardandır.

Akademik deyib: “Bu qələbə Azərbaycan xalqının tarixində ən şərəfli hadisələrdən biridir. Müstəqil Azərbaycan dövlətinin tarixində bu hadisə əvəzedilməzdir. Bu gün yazılan tarix Azərbaycan dövlətinin hər bir vətəndaşının müqəddəs kitabı olacaq. Bu gün Azərbaycan xalqının “Torpaq uğrunda ölən varsa Vətəndir” düsturunu reallaşdıran gənclik yetişdi. Analar öz balalarını müharibən geri çəkmədi, irəliyə doğru səslədi. Biz bütün dünya azərbaycanlılarının, habelə başda qardaş Türkiyə olmaqla bir sıra dövlətlərin siyasi dəstəyini hiss edirik. Bu gün hamı Azərbaycan bayrağı və Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşib. Bir vətəndaş və ziyalı kimi Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda döyüşən bütün hərbçilərimizin qarşısında baş əyirəm”.

"AzərTac"

www.science.gov.az