RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[17.11.2020]

Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

17.11.2020

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun alimlərinin məqaləsi “Modern Physics Letters B” yüksək impakt faktorlu Beynəlxalq jurnalda dərc olunub.

Qeyd edək ki, kimya elmləri doktoru, professor Teymur Ağayev, fizika üzrə fəlsəfə doktoru Günel İmanova və fizika üzrə fəlsəfə doktoru, dosent Sakin Cabbarovun həmmüəllifi olduğu “Nanohissəcikli sirkonium dioksidin səthində suyun radiasiya-termiki və termiki proseslərdə parçalanmasının struktur və optik xassələrinin tədqiqi (“Investigation of structural and optical properties of zirconia dioxide nanoparticles by radiation and thermal methods”)”adlı məqalə nano-ZrO2 +H2O sistemində suyun radiasiya-termiki parçalanmasının XRD, EPR, Raman, Furye-İQ-metodları ilə struktur və optik xüsusiyyətlərinin tədqiqinə həsr olunub.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.