RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[23.11.2020]

İnstitutun gənc əməkdaşı onlayn elmi seminarda iştirak edib

23.11.2020

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutun kiçik elmi işçisi Aybəniz Əhədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təşkil etdiyi onlayn elmi seminarda məruzə ilə çıxış edib.

A.Əhədova öz məruzəsində Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi Sahib Məmmədovun rəhbərliyi ilə yaradılmış xüsusi "Arxeoloji tapıntıların tarixləndirilməsi" qrupunun fəaliyyətindən danışıb, həmçinin seminar zamanı nümayiş olunan təqdimatda tarixləndirmə metodları (Radiokarbon, Elektron Paramaqnit Rezonans metodu və Termolüminessens metodu) və tədqiqatlarda əldə edilmiş nəticələr haqqında ümumi məlumat verib.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və sonda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, 70-dən çox iştirakçının qatıldığı onlayn elmi seminarda ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov, Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya Fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova, ADPU-nun müəllim-tələbə heyəti iştirak edib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.