RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[05.12.2020]

Radiasiya Problemləri İnstitutunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

21.02.2020

AMEA-nın Radiasiya Problemləri İnstitutunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ölkə başçısının Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında imzaladığı Sərəncama əsasən təşkil olunan anım tədbirində çıxış edən müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov Azərbaycanın cəmi 44 gün ərzində döyüş meydanında və sülh yolu ilə geri qazandığı əzəli torpaqları haqqında məlumat verib, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və şanlı ordumuza kollektiv adından minnətdarlığını bildirib. O.Səmədov daha sonra Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusunun şəhid olduğunu, hərbi əməliyyatlar zamanı yaralanmış 1245 əsgər və zabitin isə tibb müəssisələrində müalicəsinin davam etdirildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, institut rəhbərliyi və kollektivinin bir hissəsinin iştirak etdiyi tədbir karantin rejiminin tələblərinə uyğun və izolyasiya şəraitində təşkil olunub.

Allah şəhidlərimizə rəhmət eləsin, bütün yaralılara şəfa versin.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.