RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[14.12.2020]

Professor Arif Məhərrəmov vəfat edib

Arif Məhərrəmov

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) laboratoriya müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Məhərrəmov ömrünün 68-ci ilində vəfat edib.

Arif Məhərrəmov 22 yanvar 1952-ci ildə Ermənistan SSR-nin Spitak rayonunun Qursalı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakultəsini, Moskvada SSSR Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutunun aspiranturasını bitirib. 2017-ci ildə “İlin nüfuzlu alimi” ali media mükafatına layiq görülüb. Alim Azərbaycan Kooperasiya Universitetində Pedaqoji fakültənin dekanı kimi tədris fəaliyyəti ilə məşğul olub.

Arif Məhərrəmov elektret və lüminessent xassəli polimer və kompozit materiallarda üst molekulyar strukturun iştirakı ilə baş verən proseslərə radiasiyanın təsirini öyrənmişdir. Yüksək elektret pyezoxassəli polimer materialların g-dozimetriyada istifadə olunmasının mümkünlüyünü göstərmişdir. O, nazik təbəqəli polimerlərdə radiasiya-kimyavi proseslərin mexanizmini müəyyən etmiş, kristallaşan polimerlərin üçfazalı strukturunu təklif etmişdir.

Arif Məhərrəmov – 200-ü xaricdə çap olunan 400-dən artıq elmi əsərin müəllifidir, həmçinin 15 müəlliflik şəhadətnaməsinin və patentin müəllifidir.

Onun rəhbərliyi altında 8 elmlər namizədi hazırlanmış, 2 doktorluq dissertasyasının məsləhətçisi olmuşdur.

Allah rəhmət eləsin !




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.