RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[31.05.2013]

AMEA Radiasiya Problemləri İnstitutunun bir qrup əməkdaşı Vyanada səfərdə olmuşlar

AMEA-nın Radiasiya Problemləri İnstitutu Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə birlikdə Texniki Əməkdaşlıq proqramı çərçivəsində Sterilizasiya Məqsədli Güclü Qamma Şüalanma Kompleksinin iki laboratoriyasının - dozimetriya və mikrobioloji laboratoriyalarının yaradılması üzrə milli layihəni həyata keçirir.

AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü A.A.Qəribov layihənin icrası üzrə lazımi avadanlıqların seçilməsi və onların effektiv istismarının təşkili məqsədli ilə 20-24 may tarixlərində Vyana şəhərinə AEBA-nın baş ofisinə dəvət olunmuşdur. AEBA-nın göstərilən sahələr üzrə ekspertləri və Radiasiya Problemləri İnstitutunun direktoru institutun üç gənc mütəxəssisi ilə birlikdə hər iki laboratoriyanın məqsəd və vəzifələri, lazımi avadanlıqların alınması ilə bağlı müzakirələrdə iştirak etmişlər. Son nəticədə institutun 2 əməkdaşının AEBA-nın hesabına 2 aylıq Rumıniya, Polşa və Türkiyəyə təlim kurslarına göndərilməsi və ümumi dəyəri 350 min avro olan avadanlıqların AEBA tərəfindən alınıb Radiasiya Problemləri İnstitutuna verilməsi qərara alınmışdır.