RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[21.12.2020]

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin onlayn iclası keçirilib

21.12.2020

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümu­­mi yığıncağının illik hesabatlara həsr olunmuş onlayn ic­­­­lası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik Rasim Əliquliyev, Bakı Dövlət Universitetinin (BDU) rektoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev, bölmənin Ümumi yığıncağının üzvləri, elmi müəs­sisələrin rəh­­bər­ləri, direktor müavinləri, elmi katibləri, həm­çi­nin əldə edilmiş mühüm elmi nə­ti­cə­lə­rin müəllifləri, icti­maiy­yət­lə əlaqələr, təhsil və beynəlxalq əlaqələr şö­bə­lə­ri­nin rəhbərləri, həm­karlar təşkilatla­rı­nın nü­ma­yən­də­ləri, gənc alim və mütəxəssislər şuralarının sədrləri iştirak edib­lər.

Öncə AMEA-nın 2020-ci ildə vəfat edən həqiqi və müxbir üzvlərinin xatirəsi yad edilib.

Daha sonra akademik Rasim Əliquliyev akademik Telman Əliyevi AMEA pre­zi­den­ti­nin müşaviri, akademik Adil Qəribovu AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sa­dı­qo­vu İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini icra edən təyin olunmaları münasibəti ilə onlayn iclas iştirakçılarının adından təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Ümu­­mi yığıncağın illik hesabatlara həsr olunmuş ilk on­layn ic­­­­lasında AMEA-nın Fizika, Ra­diasiya Problemləri (RPİ) ins­­titutlarının və Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci ildə apa­rıl­mış elmi tədqiqat işlə­ri­nin ye­kunlarına dair hesabatları müzakirə olunub.

Fizika İnstitutunda aparılmış elmi tədqiqat işlərinin ye­kunlarına dair məlumat verən müəs­si­sə­­nin rəhbəri, akademik Nazim Məmmədov vurğulayıb ki, hesabat ilində müəssisənin bir qrup alimi “Ma­teriyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri” mövzusunda elmi məqalələr toplusuna görə 2020-ci il üçün elm sahə­sin­də Azərbaycan Respublikasının Dövlət mükafatına, akademik Təyyar Cəfərov Azərbaycan el­mi­nin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülüblər.

Alimin sözlərinə görə, 2020-ci ildə Fizika İnstitutunda elmi tədqiqat işləri üç istiqamət üzrə apa­­rılıb, 29 mühüm nəticə əldə olunub. Həmçinin adıçəkilən elmi müəssisənin əməkdaşlarının he­sa­bat ilində yüksək impakt faktorlu məcmuələrdə 132 məqaləsinin işıq üzü gördüyü qeyd olunub. Akademik Nazim Məm­­mədov iclas iştirakçılarının diqqətinə çatdırıb ki, ötən il ərzində alimlərimizin mə­qa­lə­lə­rinə, ümu­­milikdə 5667 istinad olub. Hesabat dövründə müəssisənin alimləri Azərbaycan Res­pub­li­ka­sı­nın 4 patentini alıblar.

İnstitutun direktoru, həmçinin rəhbərlik etdiyi elmi müəssisədə Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və digər xarici ölkələrin elmi tədqiqat mərkəzləri ilə aparılan əməkdaşlıq fəaliyyəti, magistratura və dok­to­rantura pilləsi üzrə kadr məsələlərinə də to­xu­nub.

2020-ci ildə Radiasiya Problemləri İnstitutunda aparılan elmi təd­qi­qat­la­­rın bir qis­mi nüvə və radiasiya təhlükəsizliyinin elmi əsaslarının işlənməsi, respublikanın pers­pek­­tiv ener­ji təhlükəsizliyinin təmini məqsədi ilə alternativ enerji mənbələrinin ehtiyatlarının qiy­mət­lən­di­ril­mə­si, enerji çevrilmələrinin effektiv üsullarının işlənilməsi məqsədlərinin həllinə yönəlib. Aparılan tədqiqatlar nəticəsində əldə edilmiş mühüm nəticələr ba­rə­də məlumat verən institutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva bildirib ki, ümumilikdə alimlərimiz tərəfindən 4 problem üzrə 23 elmi-tədqiqat işi aparılıb. Eyni zamanda, alim vurğulayıb ki, hesabat ilində Radiasiya Problemləri İnstitutunun əməkdaşlarının "Web of Science" bazasında indeksləşən jurnallarda 64 məqaləsi dərc edi­lib.

Alimin sözlərinə görə, müəssisədə Atom Enerjisi üzrə Beynəlxalq Agent­li­yin nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi və Dünya ölkələrinin Nüvə Təhlükəsizliyi sa­mmit­lə­­rinin qətnamələri, həmçinin Azərbaycan Respublikasının Pre­zidenti cənab İlham Əliyevin mü­va­fiq sərəncamları ilə təsdiq olunmuş Dövlət proq­ramları, eyni zamanda Nazirlər Kabinetinin və AMEA Rəyasət Heyə­tinin qərar və sərəncamları əsasında işlər görülüb.

R.Mehdiyeva vurğulayıb ki, müəssisənin əməkdaşları he­sa­bat ilin­də beynəlxalq əməkdaşlıq fəaliyyətində də mühüm uğurlar qazanıblar. Onlar Rusiya, Al­ma­­ni­ya, Bö­­yük Britaniya, ABŞ, Çin, Ukrayna, Qazaxıstan və digər ölkələrdə keçirilən onlayn konfrans və si­m­po­zium­larda, elə­cə də digər beynəlxalq səviyyəli tədbirlərdə iştirak ediblər. Həmçinin onların əsər­lə­ri­­nə is­ti­nad­ların sayı 2207 olub.

Direktor müavini qrantlara əsasən görülən işlər, elektron elmin vəziyyəti, fundamental elm­lə təhsilin əlaqəsi, innovasiya və nəşriyyat fəaliyyəti, kadr hazırlığı istiqamətində əldə edilmiş nə­ti­cə­lərdən danışıb. O, “müəssisədə yaradılan "Vikipediya" işçi qrupu tərəfindən onlayn ensiklopediyada mü­vafiq elmi istiqamətlər üzrə Azərbaycan seqmentində 84, rus və ingilis seqmentində müvafiq ola­raq 91 və 97 məqalə yerləşdirilib” – deyə vurğulayıb.

RPİ-də çalışan alimlərin 2020-ci ildə əldə etdikləri uğur­lar­dan bəhs edən məruzəçi müəssisənin rəhbəri, AMEA-nın müxbir üzvü Oqtay Səmədovun “Bakı Dövlət Uni­ver­si­te­tinin 100 illiyi (1919-2019)” yubiley medalına layiq görüldüyünü, professor Rəhim Mədətovun Türk Dünyası Araş­dır­ma­ları Beynəlxalq Elmlər Akademiyasının üzvü seçildiyini, həmçinin bu qurumun “Bey­nəl­xalq qızıl ulduz” medalı və diplomu ilə təltif edildiyni qeyd edib.

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi və elmi-təşkilati fəaliy­yətinə dair hesabatı müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov təqdim edib. O bil­di­rib ki, rəhbərlik etdiyi müəssisədə 14 mövzu üzrə aparılan tədqiqatlar yekunlaşdırılıb. 2020-ci ildə astro­­navt alimlərimizin "Web of Science" və "Scopus" beynəlxalq elmi bazasında indeksləşən jur­nal­lar­­da 14 məqaləsi işıq üzü görüb. Eyni zamanda ŞAR-ın əməkdaşlarının məqalələrinə 150-dən çox istinad olunub.

Namiq Cəlilov beynəlxalq əməkdaşlıq istiqamətində Avropa Birliyinin "HORİZON-2020" me­qa­­qrantı çərçivəsində, eləcə də GAIA missiyasının OPTIKON tədqiqat qrupu ilə GRANDMA bey­­nəl­­­xalq layihəsi əsasında görülən işlərdən, İsrail, Bolqarıstan, Al­ma­ni­ya, Bel­çi­ka­, Ru­­si­ya və Uk­ray­­nanın aparıcı elmi təşkilatları ilə birgə həyata keçirilən tədqiqatlardan danışıb. ŞAR əməkdaşları AMEA-nın TÜBİTAK ilə birgə elmi qrant layihəsi üzrə müsabiqəyə bir, AR Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən elan olunmuş qrant müsabiqəsinə beş layihə təqdim ediblər.

Onlayn iclasda ŞAR-da elmlə təhsilin inteqrasiyası, elektron elmin və aparılan kadr ha­zır­lı­ğı­nın cari vəziyyəti, nəşriyyat və sosial sferada, o cümlədən "Vikipediya" elektron ensiklo­pe­di­ya­sın­da fəaliyyət istiqamətində əldə edilmiş nailiyyətlər haqqında da məlumat verilib.

Ümumi yığıncağın onlayn iclasında COVID-19 pandemiyası ilə mübarizə istiqamətində apa­rı­lan işlər, Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinə dəstək, eləcə də Azərbay­ca­n hə­qi­qətlərinin dünya elmi ictimaiyyətinə çatdırılması məqsədi ilə görülən işlər bir daha diqqətə çat­dı­rı­lıb, Qarabağda və ətraf ərazilərdə bərpa işlərinin görülməsi ilə bağlı qarşıda duran prioritet və­zifələr səsləndirilib.

Onlayn iclasda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev ölkəmizin milli təhlükəsizliyinin mühüm komponenti kimi radiasiya təhlükəsizliyinin təmin edilməsi, bu istiqamətdə problemlərin araşdırılması, eləcə də astrofiziki tədqiqatlarda süni intellekt texnologiyalarından istifadə olunması ilə bağlı bir sıra təklifləri irəli sürüb.

Aparılan müzakirələrdə BDU-nun rektoru Elçin Babayev, akademiklər - Telman Əli­yev, Adil Qəribov, Fikrət Əli­yev, AMEA-nın müxbir üzvləri - Misir Mər­da­nov, Əminağa Sadıqov, Bilal Bilalov, Əyyub Quliyev, Afiq Hə­sə­nov, Qeylani Pənahov, Vəli Hü­sey­nov yaxından iştirak edərək fikir və suallarını səsləndiriblər.

Sonda FRTEB-in Ümumi yığıncağı Fizika, Ra­diasiya Problemləri ins­­titutlarının və Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci ildə apa­rıl­mış elmi tədqiqat işlə­ri­nin ye­kunlarına dair hesabatların qəbul olunub AMEA-nın Rəyasət Heyətinə təqdim edilməsinin lehinə yekdilliklə səs verib.

© www.science.gov.az