RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[25.12.2020]

Radiasiya Problemləri İnstitutu “YAŞAT” Fonduna ianə köçürüb

21.02.2020

AMEA-nın Radiasiya Problemləri İnstitutunun Həmkarlar Təşkilatı tərəfindən ölkəmizin ərazi bütövlüyünün müdafiəsi zamanı yaralananların və şəhid olanların ailələrinin təminatına dəstək məqsədilə yaradılan “YAŞAT” Fonduna 1000 manat məbləğində pul vəsaiti köçürülüb.

Qeyd edək ki, “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb. Fondun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.