RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[28.12.2020]

Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

İclasda çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov COVİD-19 koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilmiş mövcud karantin rejimi müddətində izolyasiya şəraitində fəaliyyət göstərən alimlərimizin fəaliyyətini yüksək qiymətləndirib və sağlamlığımız üçün müvafiq qaydalara əməl etməyin bir daha vacibliyini vurğulayıb.

O.Səmədov daha sonra Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda əvvəlcə 2021-ci il üçün elmi-tədqiqat planları müzakirə edilib. Sonra İnstitutda doktorant və dissertantların 2020-ci il üzrə attestasiyası aparılıb.

Elmi Şuranın iclasında daha sonra kadr və dissertasiya mövzularının dəyişdirilməsi məsələlərinə baxılıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.