RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[28.12.2020]

Radiasiya Problemləri İnstitutunda hazırlanan layihə beynəlxalq olimpiadada qızıl medal qazanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) “İnnovativ İonlaşdırıcı Şüa Qəbulediciləri” laboratoriyasında hazırlanan layihə Türkiyənin İzmir şəhərində keçirilən “BUCA IMSEF Beynəlxalq Musiqi və Elm Müsabiqəsi”nin final mərhələsində qızıl medal qazanıb.

Belə ki, dünyanın 24 ölkəsindən 74, həmçinin Türkiyənin 27 şəhərindən 90 layihənin qatıldığı müsabiqədə RPİ-nin sözügedən laboratoriyasının mühəndisi Namiq Heydərovun rəhbərliyi ilə Bakı Avropa Liseyinin 10-cu sinif şagirdləri Rauf Hacıyev və Aydan Əhmədovanın hazırladıqları "Online Radioekoloji Monitorinq Sistemi" layihəsi birinciliyə layiq görülüb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.