İçindəki
Xəbərlər
[18.01.2021]
İnstitutun magistrantı AEBA-nın beynəlxalq təqaüd proqramının qalibi seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun “Radiasiya materialşünaslığı” ixtisası üzrə II kurs magistrantı Kimyəxanım Baxışova Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) beynəlxalq təqaüd proqramının qalibi seçilib.
Belə ki, nüvə enerjisi və texnoloji sahələrdə gender bərabərliyinə tövhə məqsədi ilə dünyanın 90 ölkəsini təmsil edən 550 namizəd arasından 100 nəfər qız tələbə AEBA tərəfindən Mariya Skadlovskaya – Küri Təqaüd Proqramının qalibi seçilib.
Qeyd edək ki, K.Baxışova sözügedən təqaüd proqramını qazanan ilk azərbaycanlı tələbədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.