RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[29.01.2021]

İnstitutunun əməkdaşları Rusiyada keçirilən onlayn Beynəlxalq Konfransda iştirak edirlər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun “Radioekologiya” laboratoriyasının əməkdaşları - professor Rövşən Xəlilov və dosent Aygün Nəsibova 25-30 yanvar 2021-ci il tarixlərində Moskva şəhərində keçirilən 28-ci “Математика. Компьютер. Образование (Riyaziyyat. Kompüter. Təhsil)” adlı onlayn Beynəlxalq Konfransda iştirak edirlər.

“Mürəkkəb sistemlərin biofizikası. Hesablama və sistemli biologiya. Molekulyar modelləşmə” mövzuları üzrə mövcud tədqiqatlar çərçivəsində aparılan konfransda çıxış edən professor R.Xəlilovun “Radiasiyanın buğda (Triticum L.) və qarğıdalı (ZeaMays L.) bitkilərinə təsiri: EPR tədqiqatları” – R.İ.Xəlilov, A.N.Nəsibova, U.M.Kasumov, M.A.Bayramov (“Влияние радиации на пщеницу (Triticum L.) и кукурузу (ZeaMaysL.):ЭПР исследования” - Р.И.Халилов, А.Н.Насибова, У.М.Касумов, М.А.Байрамов) adlı məruzəsi maraqla qarşılanıb.

Konfransda həmçinin, Rusiya Elmlər Akademiyasının (REA), Biologiyanın Fundamental Problemləri İnstitutunun direktoru Anatoliy Tsıqankov, REA-nın Nəzəri və Eksperimental Biofizika İnstitutunun professoru Henri İvanitskiy, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professoru Qalina Rizniçenko və başqa görkəmli alimlər də məruzə ilə çıxışlar ediblər.

Qeyd edək ki, MKO seriyalı Beynəlxalq Konfrans fənlərarası xarakter daşıyır, həmçinin elm və ali təhsil işçilərinin səylərini birləşdirməyə, Rusiya elm və təhsil ənənələrini qorumağa, riyazi modelləşdirmə və informasiya texnologiyaları sahəsindəki elmi-pedaqoji kadrların ixtisaslarını artırmağa, gənclərin elm və təhsilə cəlb edilməsinə yönəldilib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.