RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[05.02.2021]

Radiasiya Problemləri İnstitutu əməkdaşlarının məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

05.02.2021

Radiasiya Problemləri İnstitutunun əməkdaşları Hacı Vahid Axundzadə və Rəna Xankişiyevanın həmmüəllifi olduqları ingilis dilində “Dihidropirimidinlər və onların regioselektiv oksidləşmə məhsullarının sintezi, kristal quruluşu və antibakterial xassələrinin tədqiqi” adlı məqalə “Web of Science” bazasına daxil olan “RSC Advances” jurnalında dərc olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Fransa, İtaliya, Tunis və Azərbaycandan olan alimlərin birgə əməyi nəticəsində ərsəyə gələn məqalə həmmüəlliflərin artıq ikinci məqaləsidir. Jurnalın impakt faktoru 3.119-dur.

azertag.az