RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[10.02.2021]

Akademik Mahmud Kərimovun xatirəsi yad edilib

21.02.2020

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti, akademik Mahmud Kərimovun anım günü ilə əlaqədar alimin Fəxri Xiyabanda yerləşən qəbirüstü abidəsi ziyarət olunub, əklil və gül dəstələri qoyulub.

Ziyarətdə iştirak edən AMEA-nın akademik katibi, akademik Adil Qəribov, Fizika İnstitutunun Baş direktoru, akademik Arif Həşimov, akademik Nazim Məmmədov, Radiasiya Problemləri İnstitutunun Elmi İşlər Üzrə Direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva və alimin ailə üzvləri akademik Mahmud Kərimovun elmi və idarəçilik fəaliyyəti haqqında qısa fikirlərini bölüşüblər.

Qeyd edək ki, akademik Mahmud Kərimov 1948-ci ildə İrəvan şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda mühəndis kimi ilk elmi fəaliyyətinə başlayıb. 1974-1984-cü illərdə Radiasiya Tədqiqatları Sektorunda kiçik elmi işçidən laboratoriya rəhbəri vəzifəsinədək yüksəlib və 1984-2001-ci illərdə həmin sektorun direktoru olub. Eyni zamanda, 2001-ci ildə AMEA-nın həqiqi üzvü və prezidenti seçilən akademik Mahmud Kərimov ömrünün sonunadək (10 Fevral 2013) bu vəzifədə çalışıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.