RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[18.02.2021]

İnstitutun alimi İTV-də çıxış edib

18.02.2021

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun “Bərpa olunan enerji növlərinin çevrilməsi” laboratoriyasının aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Oktay Salamov İctimai Televiziyada (İTV) yayımlanan “Sabaha saxlamayaq” proqramında ekspert qismində iştirak edib.

Proqramın, işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının tətbiqi mövzusunda təşkil olunmuş növbəti buraxılışında geniş çıxış edən O.Salamov alternativ və bərpa olunan enerji növləri, onlardan istifadə və innovativ tətbiq imkanları haqqında fikirlərini bölüşüb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.