RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[12.06.2013]

AMEA Radisiya Problemləri İnstitutunun Elmi İşlər üzrə direktor müavini R.N.Mehdiyeva Türkiyənin İstanbul şəhərində səfərdə olmuşdur

AMEA-nın Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini Mehdiyeva Rəvan Nadir qızı 3-7 iyun 2013-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində Türkiyə Atom Enerji Kurumunun (TAEK) Çekmeçe Nüvə Tədqiqatları Mərkəzində Atom Enerjisi üzrə Beynəlxalq Agenliyin (AEBA) Avropa Birliyi Təhlükəsizlik Komitəsinin Tədqiqat Nüvə Reaktorları üçün keçirdiyi ikinçi illik yığıncağında iştirak etmişdir.
İştirakçı ölkələrin nümayəndələri ölkələrinin nüvə təhlükəsizliyi sistemi haqda məlumat vermişdir. R.N.Mehdiyeva Azərbaycan Respublikasında nüvə tədqiqatları haqda məruzə ilə çıxış etmişdir. Avstriya, Azərbaycan, Bolqarıstan, Fransa, Macarıstan, Qazaxstan, Latviya, Polşa, Rumıniya, Sloveniya, Serbiya, Türkiyə, Ukrayna Tədqiqat Nüvə reaktorlarının rəhbərlərinin iştirak etdiyiı toplantıda Fukusima hadisəsindən sonra nüvə reaktorlarının təhlükəsizlik ssenarisi addım-addım izlənməklə müzakirə edilmiş, mövcud vəziyyət, uyğun problemlər, onların aradan qaldırılması yolları geniş araşdırılmışdır.