RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[19.03.2021]

İnstitutda “Elm günü” ilə bağlı vebinar təşkil olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Həmkarlar Təşkilatı, İnstitutun Qadınlar Şurası və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə 27 mart – “Elm günü”nə həsr olunmuş vebinar təşkil olunub.

Tədbirdə çıxış edən Radiasiya Problemləri İnstitutunun icraçı direktoru və İnstitut Qadınlar Şurasının sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva əvvəlcə kollektivi xalqımızın milli bayramı – Novruz bayramı münasibəti ilə təbrik edib. Daha sonra “Elm günü”nün tarixi və hüquqi əsasları, eləcə də Radiasiya Problemləri İnstitutunun Azərbaycan elminə tövhələrindən bəhs edən R.Mehdiyeva İnstitutda aparılan elmi tədqiqatların nəticələri, mövcud cihaz və avadanlıqlar, həmçinin kadr potensialı haqqında məlumat verib. R.Mehdiyeva çıxışının sonunda elmi və ictimai fəaliyyətinə görə İnstitutun 3 nəfər doktorant və dissertantının Qadınlar Şurası tərəfindən Fəxri Fərmanla təltif edildiyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov, RPİ-nin Həmkarlar Təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova və digər natiqlər İnstitut əməkdaşlarını Novruz bayramı münasibəti ilə təbrik edib, “Elm günü” və bu günün əhəmiyyəti, eləcə də gənclərin elmi və ictimai fəaliyyəti haqqında fikirlərini bölüşüblər.

Sonra Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən də İnstitutun iki gənc əməkdaşının “Elm günü” münasibəti ilə Fəxri Fərmanla təltif edildiyi bildirilib.

Qeyd edək ki, sözügedən vebinarda institutun fəaliyyətini əks etdirən onlayn sərgi nümayiş olunub.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.