RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[01.04.2021]

İnstitut gəncləri diplomla təltif edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Həmkarlar Təşkilatı, İnstitutun Qadınlar Şurası və Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən 27 mart – “Elm günü” münasibəti ilə təltif olunan bir qrup gəncə diplomları təqdim edilib.

Tədbirdə çıxış edən Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın akademik-katibi, akademik Adil Qəribov elmi və ictimai fəaliyyətlərinə görə mükafata layiq görülmüş gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Daha sonra çıxış edən gənclər fəaliyyətlərinə göstərilən diqqətə və bu mükafata görə təşəkkür edib, bundan sonra da əzmlə çalışacaqlarını bildiriblər.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.