RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[04.04.2021]

FRTEB-in və elmi müəssisələrinin veb-saytlarının monitorinqi aparılıb

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığınca­ğı­nın onlayn iclasında FRTEB-in və elmi müəssisələrinin veb-saytlarının aparılan moni­to­rin­qinin nəticələri açıqlanıb.

FRTEB-in və onun elmi müəssisələrinin veb-saytlarının monitorinqi haqqında məlumat ve­rən vitse-prezidentin xidmətinin elmi katibi, dosent Hikmət Quli­yev qeyd edib ki, AMEA-da elektron elmin inkişafı və elmin informasiya təminatının yüksəldilməsi, eləcə də elmin populyarlaşdırılması və ictimaiyyətlə əlaqələrin səmərəliliyinin artırılması məq­sə­dilə FRTEB-in və elmi müəssisələrinin veb saytlarının monitorinqi aparılıb.

Bir ildən artıq müddətdə davam edən pandemiya səbəbindən fiziki fəaliyyət və təmaslarla bağlı məhdudiyyətlərin tətbiqi nəticəsində onlayn texnologiyaların rolunun əvvəlki dövrlərlə müqayisədə qat-qat artdığını qeyd edən Hikmət Quliyev belə bir şəraitdə hər bir elmi müəssisənin veb-saytının onun virtual dünyadakı “qapısı” olduğunu vurğulayıb.

Onun sözlərinə görə, qeyd olunanlarla əlaqədar Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin və elmi müəssisələrinin veb-saytlarının monitorinqi aparılıb və çatışmazlıqlar müəyyən olun­ub. Monitorinq çərçivəsində veb-saytlar dizayn, proqram təminatı, xəbərlərin dinamikası, in­for­­ma­siyanın dolğunluğu və aktuallığı daxil olmaqla bir sıra meyarlara əsa­sən təhlil edilib və qiy­mət­lən­di­ril­mə aparılıb.

H.Quliyev vurğulayıb ki, bəzi veb-saytlar Xüsusi Rabitə və İnformasiya Təhlü­kə­siz­liyi Döv­­lət Xid­­mə­ti Kompüter İnsidentlərinə Qar­­şı Müba­ri­zə Mər­kəzinin təh­lü­kə­siz­lik tələb­lə­ri­nə ca­­vab vermir, təqdim edilən məlumatların Azərbaycan dilinin norma və tələblərinə mü­va­fiqliyi, dövlət dilinin qayda və qanunlarına riayət olunması ilə bağlı bir sıra çatış­maz­lıq var.

Onlayn tədbirdə elmi müəssisələrin veb-saytlarının veb-anali­ti­ka­sı­nın aparılması üçün “Google Analytics” sayğacından istifadə edilməsi, qeyd olunan problemlərin aradan qaldırılması məqəsdi ilə saytların yenidən işlənilməsi tövsiyə olunub.

© www.frteb.science.gov.az