RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[05.04.2021]

İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda giriş sözü ilə çıxış edən RPİ-nin direktoru vəzifəsini icra edən, AMEA-nın akademik-katibi, akademik Adil Qəribov Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırırb.

İclasda ilk olaraq Radiasiya Problemləri İnstitutu üzrə doktorantura və dissertanturaya keçirilmiş qəbul imtahanlarının nəticələri haqqında məsələyə baxılıb, onların elmi rəhbərləri və mövzuları geniş müzakirə olunub.

Daha sonra iclasda RPİ üzrə təhsil müddəti bitmiş doktorant və dissertantların mövzuları, həmçinin İnstitutun “Radiation researches” jurnalının 2021-ci ilin birinci nömrəsinin məqalə təminatı haqqındakı məsələlər müzakirə edilib.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.