RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[30.03.2021]

İnstitut aliminin rəhbərlik etdiyi tələbə və şagirdin elmi tədqiqat işi Avrasiya Patent Universiadasında III yerə layiq görülüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika elmləri doktoru, dosent Mətanət Mehrabovanın rəhbərliyi ilə Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsi Zərifə Əhmədzadə və Bakı Avropa Liseyinin 11-ci sinif şagirdi Elvin Əhmədzadənin apardıqları elmi tədqiqat işi “Biz N.Teslanın nəslindənik. Təbiətin bütün qanunları bizim əlimizdədir” kateqoriyası üzrə III yerə layiq görülüb.

Qeyd edək ki, “Elektronika üçün CdFeTe epitaksial təbəqələri” mövzusu ilə "Gələcəyə baxış" Avrasiya Patent Təşkilatının təşkil etdiyi müsabiqədə 8 MDB ölkəsinini – Azərbaycan, Rusiya Federasiyası, Ermənistən, Türkmənistən, Belarusiya, Tacikistan, Qazaxstan və Qırğızıstanı təmsil edən universitet tələbələrinin 120 elmi tədqiqat işi mübarizə aparıb.

https://www.eapo.org/ru/info/univers2021_results.php




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.