RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[05.09.2013]

“RADİASİYA TƏDQİQATLARI VƏ ONLARIN PRAKTİKİ ASPEKTLƏRİ” mövzusunda 8-ci konfrans keçiriləcək

    20-21 noyabr 2013-cu il tarixində saat 10:00-da AMEA Radiasiya Problemləri İnstitutunda “Radiasiya Tədqiqatları və Onların Praktiki Aspektləri” mövzusunda 8-ci konfrans keçiriləcək.
    Кonfransda Azərbaycan alimləri ilə yanaşı dünyanın bir sıra ölkələrindən də alimlər oz məruzələri ilə iştirak edəcəklər.
    Konfransda radiasiya tədqiqatları, onlarin praktiki aspektləri; nüvə enerjisi, status və perspektivləri; nüvə enerjisinin çevrilməsi prosesi və istifadə sahələri; radiasiya materialşünaslığı (radiasiya kimyası, radiasiya fizikası, bərk cisimlərdə radiasiya effektləri); respublikada nüvə və radiasiya təhlükəsizliyinin mövcud problemləri; radioekoloji durum, problemlər və onların həlli yolları mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.