RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[20.04.2021]

İnstitutun alimi Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi üzrə Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstutunun “Heterogen proseslərin radiasiya kimyası” laboratoriyasının rəhbəri, kimya elmləri doktoru, professor Teymur Ağayev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi üzrə Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (akademik) seçilib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatında (BMT) akkreditasiya olunmuş sözügedən Beynəlxalq Akademiyanın həqiqi üzvü seçilən T.Ağayev bu uğura hidrogen energetikası və nüvə təhlükəsizliyi sahəsində apardığı elmi tədqiqatlarda əldə etdiyi nəticələrə görə layiq görülüb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.