RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[28.05.2021]

AMEA-nın Nizamnamə Komissiyasının yeni tərkibi təsdiq olunub

28.05.2021-3

AMEA-nın Nizamnamə Komissiyasının yeni tərkibi təsdiq olunub.

Bu barədə qərar AMEA-nın 27 may 2021-ci il tarixində keçirilən Ümumi Yığıncağında qəbul olunub.

Qərara əsasən, akademik İsa Həbibbəyli yenidən komissiyanın sədri seçilib.

Komissiyanın tərkibi AMEA-nın müşaviri, akademik Telman Əliyev, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Fizika İnstitutunun laboratoriya rəhbəri, akademik Nazim Məmmədov, Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov, AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova, Hüquq və İnsan Haqları İnstitutunun direktor müavini, hüquq elmləri doktoru Nazim Cəfərli, AMEA prezidentinin katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov, AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinin müdiri Kamal Əliyev, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdan ibarət olmaqla təsdiqlənib.

© www.science.gov.az