RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[24.06.2021]

İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda giriş sözü ilə çıxış edən RPİ-nin Baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda əvvəlcə Qarabağın işğaldan azad olunmuş bölgələrinə ezam olunmuş RPİ-nin “Ətraf mühit üçün zərərli faktorların fizika və kimyası” laboratoriyasının rəhbəri, fizika üzrə fəlsəfə doktoru, dosent Famil Hümbətovun mövzu ətrafında məlumatı və İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri İbrahim Qabulovun beynəlxalq layihələrlə bağlı fəaliyyəti haqqında məlumatı dinlənilib.

Sonra AMEA-nın 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti və qarşıda duran vəzifələr, həmçinin RPİ-nin doktorantura və dissertanturasına qəbulun nəticələri, AMEA-nın Elm, Təhsil və Texnologiya problemləri üzrə Elmi Şurasının yaradılması və tərkibi, AMEA-nın Alternativ və Bərpa olunan enerji mənbələri üzrə Elmi Şurasının yaradılması və onun Günəş energetikası üzrə işçi qrupunun tərkibinin təsdiq edilməsi haqqındakı məsələlərə baxılıb, geniş fikir mübadiləsi aparılıb.

Elmi Şuranın iclasında daha sonra İnstitutun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru Mahmud Abdullayevin 80 illik yubileyinin keçirilməsi, İnstitutun bir qrup əməkdaşının təltif olunması və İnstitutun böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru, dosent Sevinc Məlikovanın aparıcı elmi işçi vəzifəsinə keçirilməsi məsələsi müzakirə olunub.

Sonda İnstitut üzrə əməkdaşların işə davamiyyətinin tənzimlənməsi və elmi fəaliyyət mühitinin canlandırılması haqqında məsələyə baxılıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.