RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[25.06.2021]

İnstitutun əməkdaşı medallarla təltif edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun “Radiokimya” laboratoriyasının mühəndisi, fəlsəfə doktoru hazırlığı üzrə dissertrant, baş leytenant Qəribov Ramin Qərib oğlu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixlı Sərəncamları ilə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Qəribov Ramin Qərib oğlu 2020-ci ilin 21 sentyabrında “N” saylı hərbi hissəyə baş leytenant, artilleriyaçı zabit qismində hərbi təlimlərə cəlb edildikdən bir qədər sonra 27 sentyabr 2020-ci il tarixdə erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda 44 günlük Vətən müharibəsinə təlim keçdiyi batareya ilə birlikdə yola düşmüşdür. Müharibə dövründə batareyası ilə birlikdə Murovdağda, daha sonra Ağdam, Fizuli və Cəbrayıl istiqamətlərində vuruşmuş, Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralanmış, müalicə olunduqdan sonra yenidən öz artilleriya batareyasına qayıtmış, batareya komandiri yaralandığından artıq batareya komandiri vəsifəsini icra edərək Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirmişlər. 44 günlük Şanlı Vətən müharibəsi bitdikdən sonra 30 dekabr 2020-ci il tarixində hərbi xidmətdən tərxis edilmiş və Azərbaycan Milli Elmlər Akademiyasında yenidən elmi fəaliyyətinə başlamışdır.

Radiasiya Problemləri İnstitutu və bütün Akademiya əməkdaşları adından həmkarımızı səmimi qəlbdən təbrik edir və Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına dərin təşəkkürümüzü bildiririk!




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.