RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[25.06.2021]

“Elm TV”də “Science City” yaşayış kompleksi ilə bağlı süjet yayımlanıb

25.06.2021-2

2018-ci ildən Abşeron rayonu, Saray qəsəbəsi Masazır gölünün yaxınlığında AMEA-nın əməkdaşları üçün “Alimlər şəhərciyi” kompleksinin inşasına başlanılıb. 7 hektar ərazini əhatə edən kompleksdə binalarla yanaşı, bağça, orta məktəb və poliklinika kimi müxtəlif obyektlərin inşası da planlaşdırılır.

Kompleksdə 1 ədəd 12 mərtəbəli, 2 bloklu bina inşa edilib və birinci binanın təhvil verilməsi nəzərdə tutulur.

Akademik Ramiz Mehdiyev AMEA-nın prezidenti seçildikdən sonra əməkdaşların sosial problemlərinin həlli istiqamətində işlərin görülməsini diqqət mərkəzində saxlayır. Akademik, kompleksdə mövcud olan bütün problemlərin aradan qaldırılması, o cümlədən kanalizasiya xətləri və digər infrastruktur layihələrinin reallaşdırılması üçün göstərişlər verib. Yaxın zamanda kanalizasiya sisteminin bərpa olunması, su və işıq xətlərinin çəkilməsi istiqamətində işlərin yekunlaşdırılması planlaşdırılır.

Daha ətraflı “Elm TV”nin hazırladığı reportajdan izləyə bilərsiniz.

© www.science.gov.az