RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[30.06.2021]

İnstitut aliminin yeni hazırlanmış selvari fotodiodlar haqqında işi beynəlxalq seminarda müzakirə edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun alimi, fizika üzrə fəlsəfə doktoru Fərid Əhmədovun “Yeni MAPD-3NM silisium fotogücləndiricilərinin fiziki parametrlərinin araşdırılması və tətbiqi” adlı işi beynəlxalq seminarda müzakirə edilib.

27 iyun - 1 iyul tarixində Belçika'nın Gent şəhərində keçirilən, dünyanın aparıcı elmi tədqiqat qurumlarından 300-dən çox alim və mütəxəssisin iştirak etdiyi 22-ci Radiasiya Görüntüləmə Dedektorları üzrə Beynəlxalq Seminarında (22nd The International Workshops on Radiation Imaging Detectors) MAPD əməkdaşlıq çərçivəsində müzakirə olunan iş 2020-ci ildə istehsal edilmiş yeni selvari fotodiodlar haqqında hazırlanıb.

Qeyd edək ki, MAPD əməkdaşlığına Milli Nüvə Tədqiqatlar Mərkəzi, AMEA Radiasiya Problemləri İnstitutu, Kanadanın “Zecotek Photonics İnc.” şirkəti, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatlar İnstitutu və Çexiyanın Eksperimental və Tətbiqi Fizika İnstitutu daxildir.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.