RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[02.07.2021]

İnstitutun alimi Beynəlxalq Konfransda iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun “Ətraf mühit üçün zərərli faktorların fizika və kimyası laboratoriyası”nın rəhbəri, dosent Famil Hümbətov Beynəlxalq Konfransda iştirak edib.

Fransanın Lion şəhərində keçirilən və Atom enejisi üzrə Beynəlxalq Agentliyin dəstəklədiyi “Davamlı İnkişaf və İqlim Dəyişikliyi səbəbiylə çöküntü problemləri və onların həllo imkanları” (12th International SedNet Conference,“Sediment Challenges and Opportunities due to Climate Change and Sustainable Development”) mövzusunda keçirilən 12-ci Beynəlxalq SedNet Konfransında dünyanın müxtəlif elmi mərkəzlərindən 275-dən çox alim və mütəxəssis iştirak edib.

F.Hümbətov Konfransda “Xəzər dənizinin dib çöküntülərindən götürülmüş nümunələrdə radionuklidlərin və metalların qatılığnın təyini” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanlı alimin çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb və məruzə ətrafında müzakirələr aparılıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.