RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[29.07.2021]

Azərbaycanda radiasiya təhlükəsizliyi üzrə tədqiqatlar aparılır

logo

AMEA Radiasiya Problemləri İnstitutunda (RPİ) radiasiya təhlükəsizliyi üzrə tədqiqatlar aparılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev məlumat verib. Onun sözlərinə görə, Azərbaycan ərazisinin coğrafi mövqeyinin və iqtisadi inkişafının spesifik xüsusiyyətləri, onun Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin böyük bir hissəsini əhatə etməsi ikili təyinatlı nüvə materiallarının, o cümlədən radioaktiv maddələrin daşınması ehtimalını artırır və bu kimi hallar müşahidə olunur. Bu da öz növbəsində, radiasiya təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Hazırda milli elektron məlumat bazasının yaradılması, radiasiya risklərinin GİS-də təsviri və onların idarə olunması mexanizmi işlənilir. Tədqiqat işi 2021-2025-ci illər üçün nəzərdə tutulub.

© azertag.az