RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[16.08.2021]

Radiasiya Problemləri İnstitutunun əməkdaşı Cəbrayıl-Xocavənd rayonlarında radioekoloji monitorinq aparıb

AMEA-nın Radiasiya Problemləri İnstitutunun Ətraf mühit üçün zərərli faktorların fizikası və kimyası laboratoriyasının rəhbəri Famil Hümbətov, İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə İşçi Qrupun müfəssəl sahəvi planında nəzərdə tutulmuş “İşğaldan azad olunmuş ərazilərdə radioloji və radioekoloji tədqiqatların aparılması” üzrə - 72-ci bəndin icrası ilə bağlı Ekologiya Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl və Xocavənd rayonlarında həyata keçirilən kompleks radioloji və radioekoloji monitorinq işlərində iştirak edib.

Monitorinq zamanı Cəbrayıl və Xocavənd rayonları ərazisində, (mina və partlayıcı silah-sursat axtarışı həyata keçirilməmiş ərazilər istisna olmaqla) dövlət əhəmiyyətli obyektlərdə, hərbi hissələrdə istifadəyə veriləcək Cəbrayıl yarımstansiyasında radiasiya fonunun təyininə dair ölçmə işləri aparılıb, laboratoriya şəraitində qiymətləndirmələrin aparılması üçün bulaqlardan, ərazidən axan çaylardan su, dib çöküntüsü və ərazinin əkinaltı sahələrindən torpaq nümunələri götürülüb.

© www.science.gov.az