RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[28.09.2021]

İnstitutda magistrantlarla görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda I və II kurs magistrantlarla görüş keçirilib.

Görüşdə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev, AMEA-nın Təhsil şöbəsinin müdirinin müavini, fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirov, RPİ-nin İcraçı direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva, RPİ-nin Təhsil şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova, magistrların rəhbərləri və digər natiqlər 2021-2022-ci tədris ili üzrə statistik məlumatları və bu təhsil pilləsinin əhəmiyyətini diqqətə çatdırıblar, eyni zamanda yeni tədris ilinin başlaması münasibəti ilə magistrantları təbrik ediblər.

Sonda çıxış edən magistranlar yaradılan şəraitə görə İnstitut rəhbərliyinə təşəkkürlərini bildiriblər.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.