RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[06.10.2021]

AMEA-nın müxbir üzvü İslam Mustafayev AEBA-nın Baş Konfransının 65-ci sessiyasında iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 65-ci sessiyasında iştirak edib.

Avstriyanın Vyana şəhərində təşkil edilən tədbirdə İ.Mustafayev Azərbaycanı təmsil edən nümayəndə heyətinin tərkibində AEBA-nın Texniki yardım Təşkilatı və qurumun Nüvə təhlükəsizliyi Departamenti, eləcə də Türkiyə, Pakistan və Argentina nümayəndə heyətləri ilə keçirilən görüşlərdə iştirak edib.

Görüşlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunda həyata keçirilən Ətraf mühitin radiasiya monitorinqi, “qaynar nöqtələrin aşkar edilməsi”, radiasiya texnologiyalarının plastik tullantıların emalında istifadəsi, radiasiya texnologiyalarının kənd təsərrüfatında bitkilərin məhsuldarlığının və ətraf mühitin təsirinə davamlılığının artırılmasında tətbiqi, həmçinin Xəzər dənizinin radiasiya təhlükəsizliyinə aid tədqiqatlar haqqında müzakirələr aparılıb.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.