RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[07.10.2021]

Radiasiya Problemləri İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasına yeni sədr seçilib

Bu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibinin yaradılması ilə əlaqədar iclas keçirilib.

İclasda əvvəlcə Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev çıxış edərək elmdə gəncliyin rolundan danışıb, gənclərin daha aktiv fəaliyyət göstəeməsinin vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən AMEA Gənc Alim və Mütəxəsslər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov Şuranın fəaliyyəti ilə bağlı iştirakçılara məlumat verib.

İclasın sonunda AMEA Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssilər Şurasının 11 nəfərdən ibarət yeni tərkibi müəyyən olunub. Səsvermənin nəticəsinə əsasən fizika üzrə fəlsəfə doktoru Günel İmanova RPİ Gənc Alim və Mütəxəssislər Şurasının yeni sədri seçilib.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.