RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[11.10.2021]

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibdə ilk iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) yeni tərkibdə ilk iclası keçirilib.

İclasda giriş sözü ilə çıxış edən İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Günel İmanova iştirakçıları salamlayıb və Şura üzvlərinə göstərilən bu etimadı doğrultmaq üçün əzmlə çalışmağın vacibliyini vurğulayıb.

Daha sonra iclasda qarşıdan gələn “Zəfər Günü” münasibətilə “Ən yaxşı məqalə” müsabiqəsinin təşkil edildiyi diqqətə çatdırılıb və İnstitut gəncləri sözügedən müsabiqədə aktiv iştiraka dəvət olunub.

Sonda bir sıra mədəni-kütləvi tədbirlər haqqında fikir mübadiləsi aparılıb.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.